“YouTube” portalında izlənmə rekordu vuran videonun qəhrəmanları Herinin indi 13, Çarlinin isə 11 yaşı var. “YouTube” portalında izlənmə rekordu vuran videonun qəhrəmanları Herinin indi 13, Çarlinin isə 11 yaşı var.

“YouTube”da məşhur olan qardaşlar - 10 il sonra (Video)

“YouTube” portalında izlənmə rekordu vuran videonun qəhrəmanları Herinin indi 13, Çarlinin isə 11 yaşı var.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qardaşlar öz ailəsi ilə birgə Böyük Britaniyanın Bakinqemşir qraflığında yaşayırlar.

2007-ci ildə portala yerləşdirilən video 850 milyon dəfə izlənilib və bu, onlara, təxminən, 1 milyon dollar qazandırıb.

Heri və Çarli ailənin yeganə uşaqları deyil. Bu 10 il ərzində onların Cesper və Rupert adlı iki qardaşı da dünyaya gəlib.

Videoda Çarli Herinin barmağını dişləyir. Daha sonra Herinin buna reaksiyası və Çarlinin gülüşü kadrların çoxsaylı izləyici toplamasına səbəb olmuşdu.

Qardaşların atası Houard Deyvis-Kar görüntüləri çəkən zaman videonun rekord vuracağını heç ağlına belə gətirməzdi. Deyvis-Kar qeyd edib ki, o, videonu “YouTube”a bir neçə dəqiqəlik yerləşdirib və daha sonra silmək niyyətində olub. Lakin geri qayıtdıqda izləyici sayını görüb və bu fikrindən daşınıb.

Bəxtiyar Abbasov

AzNews.az