- Köhnə - Video
- 13 İyun 2017 11:50
- 8 328
Yolda “kabus sürücü” peyda oldu - Video

Fransanın Mezon-Alfor şəhərində yolda sürücüsüz motosiklet peyda olub.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin şahidləri motosikletin kabus sürücü tərəfindən idarə olunduğunu düşünüblər.
Lakin daha sonra məlum olub ki, motosiklet yolda qəzaya uğramış sürücüyə məxsusdur. Qəza zamanı sürücü yıxılsa da, motosiklet hərəkət etməyə davam edib.
Motosiklet qəza yerindən uzaqlaşaraq bir neçə kilometr məsafə qət edib.
Motosikleti polis əməkdaşları saxlayıblar.
Bəxtiyar Abbasov
AzNews.az