- Köhnə - Video
- 27 İyul 2017 17:49
- 5 979
Aramsız yağan yağışlar daşqınlara səbəb oldu - Video

Almaniyanın Saksoniya-Anhalt ştatında aramsız yağan yağışlar daşqınlara səbəb olub.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əsasən, Harz dağlıq regionu daşqınlardan əziyyət çəkib.
Təbii fəlakət bölgəsində yüzlərlə evi, iş yerini su basıb. Bəzi bölgələrdə suyun səviyyəsi 120 santimetrə çatıb. Daşqınlar təsərrüfat sahələrinə ciddi ziyan vurub. Bölgə əhalisi şəhər mərkəzindən təcrid olunmuş vəziyyətə düşüblər.
Bəxtiyar Abbasov
AzNews.az