- Köhnə - Video
- 7 Sentyabr 2017 15:37
- 10 514
Qeysəriyyə əməliyyatı etmədikləri üçün hamilə qadın intihar etdi – Video
Çində 26 yaşlı hamilə qadın doğuşdan bir neçə dəqiqə əvvəl intihar edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ma adlı qadının belə bir addım atmasına səbəb həkimlərin uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməkdən imtina etməsi olub.
Hamilə qadın nə qədər yalvarsa da, həkimlər buna razılıq verməyib.
Məlumata görə, həkimlər qadına uşağın başı iri olduğu üçün normal doğuş zamanı şiddətli ağrı hiss edəcəyini deyiblər və Ma bu sözlərdən çox qorxub.
Qadın vəziyyətdən çıxış yolu kimi xəstəxanadan qaçmağa çalışıb. Lakin bu da mümkün olmayıb. Sonda isə o, özünü 5-ci mərtəbədən atmaq qərarına gəlib. Qadın eyni zamanda körpənin də ölümünə səbəb olub.
Məlumata görə, həkimlərin qeysəriyyə əməliyyatından imtina etməsinə səbəb, eyni zamanda qadının valideynləri olub. Onlar qadının normal doğuş etməsinə təkid ediblər.
Bəxtiyar Abbasov
AzNews.az