- Köhnə - Video
- 8 Sentyabr 2017 09:47
- 7 006
Türkiyənin birinci xanımı Banqladeşdə - Rohinca müsəlmanlarına dəstək oldu (Video)
Türkiyənin birinci xanımı Əminə Ərdoğan rohinca müsəlmanlarına dəstək olmaq məqsədilə Banqladeşə səfər edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Əminə Ərdoğan Koks-Bazar şəhərində Myanmadan qaçqın düşən rohinca müsəlmanları ilə görüşüb. Banqladeş rəhbərliyi sözügedən bölgədə 50 mindən çox müsəlmana sığınacaq verib.
Eyni zamanda, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Banqladeşə səfər edib.
“Biz bu məsələ ilə əlaqədar birdəfəlik tədbir görməliyik. Ona görə də beynəlxalq ictimaiyyət bu məsələyə həssas yanaşmalıdır. Əlbəttə, bunun üçün Myanma rəhbərliyi ilə görüşmək lazımdır. Onlar buna görə məsuliyyət daşıyırlar. Onlara məsələnin öz həllini tapmasında kömək etməliyik. Myanma rəhbərliyi problemin olduğunu qəbul edir” – deyə Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, Myanmada rohinca müsəlmanlarına qarşı son günlərdə kütləvi zorakılıqlar törədilir.
Bəxtiyar Abbasov
AzNews.az