- Köhnə - Video
- 25 Yanvar 2018 16:43
- 6 123
İranda gənc mollalara hücum edib bıçaqladı - Video
Qum şəhərində bir gənc 2 mollanı bıçaqlayıb və avtomobillərinə od vurub.
AzNews.az Femida.az-a istinadən xəbər verir ki, bu haqda İranın “Mizan” agentliyi xəbər yayıb. Hücum nəticəsində müxtəlif dərəcəli bıçaq yaraları almış hər iki axund xəstəxanaya çatdırılıb. Onlardan birinin səhhətinin ağır olduğu bildirilir.
Müxalifətçi “Kayhan London” nəşrinin yazdığına görə, mollaların bəzi iradları gəncin xoşuna gəlmədiyindən o, din xadimlərinə hücum edib.