- Qərb
- 1 Noyabr 2018 18:05
- 2 416
Kaşıkçıdan sonra daha 2 səudiyyəlinin başı bəlada - ABŞ-da meyitləri tapıldı

Polislər bacıların zorla öldürüldüyü haqda əlamətlərin olmadığını deyirlər
Xəbər verildiyi kimi, Nyu-York şəhərində Qudzon çayının sahilində Səudiyyə Ərəbistanından olan iki bacının meyiti tapılıb. Dünya mediası bu olayı jurnalist Camal Kaşıkçı qətlindən sonra səudiyyəlilərə qarşı növbəti cinayət kimi manşetə çıxarıblar.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı CBS News telekanalı yayıb.
Məlumata görə 16 yaşlı Tale və 22 yaşlı Rotane adlı bacıların cəsədləri skoçla bağlanmış halda tapılıb. Onlar Virciniya ştatının Ferfaks şəhərində yaşayıblar. Cəsədlər isə o şəhərdən 350 kilometr uzaqlıqda sahilə çıxıb.
Polislər bacıların zorla öldürüldüyü haqda əlamətlərin olmadığını deyirlər. Ekspertlər hesab edirlər ki, onlar suda olarkən sağ imişlər.
2015-ci ildə ABŞ-a gələn qızlar özlərinə və bir qardaşlarına hakimiyyətdən siyasi sığınacaq statusu almaq üçün ərizə veribmişlər.
Onların iki dəfə evdən qaçdığı deyilir. 2017-ci ilin dekabrında onlar tapılsalar da bu ilin avqust ayında itkin düşüblər. Polis bacıların axtarışına başlayıb.
Analarının dediyinə görə, cəsədlərin tapıldığı gündən bir az əvvəl bir nəfər ona zəng edərək özünü Səudiyyə Ərəbistanının səfirliyinin əməkdaşı kimi təqdim edib və tələb edib ki, onların bütün ailəsi ölkələrinə qayıtmalıdır.
Səudiyyə Ərəbistanının Nyu-Yorkdakı Baş konsulluğu vəkil tapdığını və ölənlərin ailəsinə kömək göstəriləcəyini deyib.
Yerli polis bu olayı jurnalist Camal Kaşıkçı qətli ilə əlaqələndirmək istəmir.
Babək Göyüş
AzNews.az