Latviyada onlayn-ticarət tam nəzarətə götürülüb. Latviyada onlayn-ticarət tam nəzarətə götürülüb.
  • Qərb
  • 1 Noyabr 2018 22:52
  •  1 397

Bu ölkədə onlayn-ticarət tam nəzarətə götürüldü

Latviyada onlayn-ticarət tam nəzarətə götürülüb.

İnternet-kommersantlar bundan sonra vergi orqanlarına istisnasız olaraq bütün müştəriləri barədə məlumat verməyə borcludurlar.

Latviyanın Dövlət Mədaxilləri Xidməti (DMX) ölkə vətəndaşları qarşısına elektron ödəmələri barədə tam məlumatı təqdim etmək öhdəliyi qoyub.

Bu gün Latviya Seymi tərəfindən vergilər haqqında qanuna müvafiq dəyişikliklər qəbul edilib.

Beləliklə, DMX qeyri-qanuni kommersiya fəaliyyətini izləyəcək və gəlirin bir hissəsini gizlədənləri aşkara çıxaracaq.

Bundan başqa, DMX-yə məlumatı poçt xidmətləri də təqdim etməlidirlər. Bu, sifarişçilərə qeyri-leqal mal göndərənləri izləməyə imkan verəcək.

Bundan əvvəl DMX sahibləri tərəfindən Latviya əhalisinə mal göndərən və xidmətlər göstərən 20 əcnəbi internet-saytı aşkarlayıb. Xidmətdə hesab edirlər ki, Latviya sakinləri əcnəbi domenlər adı altında fəaliyyət göstərirlər. Onlar vergi ödəyiciləri kimi qeydiyyatdan keçmək istəmir və bununla büdcəyə ziyan vururlar. Qanuna yeni düzəlişlər dövlətə bu cür domenləri təcrid etməyə imkan verəcək.(AZƏRTAC)

AzNews.az