- Qərb
- 4 Noyabr 2018 21:00
- 2 473
ABŞ-dan Səudiyyə Ərəbistanına daha bir zərbə - Bu dəfə...

Harvard Universiteti Səudiyyə şahzadəsinin konfransını ləğv edib
ABŞ-ın Harvard Universiteti jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə görə Səudiyyə Ərəbistanının sabiq kəşfiyyat naziri, hazırda bu ölkənin Vaşinqtondakı səfiri olan şahzadə Turki əl-Faysalın keçirmək istədiyi konfransı ləğv edib.
“Anadolu” agentliyi xəbər verir ki, universitet konfrans üçün münasib zaman olmadığını açıqlayıb.
Qeyd edək ki, C.Qaşıqçının qətlinə görə bir sıra Səudiyyəli yüksək vəzifəli məmurlara ABŞ tərəfindən sanksiyalar tətbiq olunub.(qafqazinfo.az)
AzNews.az