• Qərb
  • 7 Noyabr 2018 11:46
  •  693

Fuad Muradov Nobel muzeyinə Qarabağ haqqında kitab hədiyyə etdi

Dağlıq Qarabağ haqqında kitab Olov Amelinə hədiyyə edilib.

İsveç Krallığında səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Stokholmda Nobel muzeyində olub.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, direktor Olov Amelin muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib, buranın özəlliklərindən, nümayiş etdirilən eksponatlardan danışıb.

Komitə sədri isə, öz növbəsində, Azərbaycanla İsveç arasındakı əlaqələrin tarixindən, Nobel qardaşlarının ölkəmizdə fəaliyyətindən söhbət açıb və tarixin bu səhifələrinin daha yaxşı öyrənilməsinin zəruriliyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda Dağlıq Qarabağ haqqında kitab Olov Amelinə hədiyyə edilib.

AzNews.az