- Qərb
- 7 Noyabr 2018 16:46
- 1 648
Növbəti Davos Forumunda əsas müzakirə mövzusu qlobal əməkdaşlıq olacaq

Gələn il yanvarın 22-25 tarixlərində keçiriləcək
Qloballaşma və dördüncü sənaye inqilabı dövründə qarşılıqlı fəaliyyət məsələləri 2019-cu il yanvarın 22-dən 25-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (DİF) əsas müzakirə mövzusu olacaq.
“RİA Novosti” xəbər verir ki, bunu jurnalistlərə Dünya İqtisadi Forumunun prezidenti Borqe Brende bəyan edib.
“DİF-2019”un mövzusu rəsmən “Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitektura quruculuğu” adlanır. Söhbət “blokçeyn”, kriptovalyuta və s. yeni texnologiya nümunələrinin meydana çıxdığı dövrdə dövlətlərin və ayrı-ayrı aktorların qarşılıqlı fəaliyyətindən gedir.
B.Brende bununla bağlı əlavə edib: “Beynəlxalq təşkilat kimi bizim üçün qlobal əməkdaşlığın təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, bu gün qarşılaşdığımız geosiyasi mövzular, çoxqütblü və multikonsepsiyalı dünya, geoiqtisadi və dördüncü sənaye inqilabı ilə bağlı olan digər çağırışlar daha çox qarşılıqlı fəaliyyət tələb edir”. (“Xalq qəzeti”)
© AzNews.az