"Mira Ricardel Ağ Evdə xidmət göstərmək şərəfinə artıq layiq deyil" "Mira Ricardel Ağ Evdə xidmət göstərmək şərəfinə artıq layiq deyil"
  • Qərb
  • 14 Noyabr 2018 16:00
  •  1 918

Melaniya bu məmuru Ağ Evdən qovdu

"Mira Ricardel Ağ Evdə xidmət göstərmək şərəfinə artıq layiq deyil"

ABŞ-ın 1-ci ledisi Melaniya Tramp Ağ Evin Təhlükəsizlik üzrə müşavir müavini Mira Ricardeli vəzifəsindən çıxartdığı iddia edilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb kimi Melaniyanın ötən ay etdiyi Afrika turu zamanı onun heyəti ilə Mira arasında yaşanan qarşıdurma göstərilir.

Mira Ricardelin işdən uzaqlaşdırıldığı xəbərini Melaniya Trampın sözçüsü Stephanie Grisham yayıb. O bildirib ki, Mira Ricardel Ağ Evdə xidmət göstərmək şərəfinə artıq layiq deyil.

Ancaq Ricardelin vəzifəsindən çıxarılmasına dair Ağ Evdən hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

Wall Street Journal nəşri yazır ki, 1-ci ledinin Afrikaya səfəri zamanı səfərdə iştirak etmək istəyən Ricardel və onun müavinlərinə Melaniya Trampın təyyarəsində yer verilməyib.

Mənbə bildirir ki, Ricardelin daha əvvəl də müdafiə naziri Cim Mattis ilə fikir ayrılıqları olub. Guya Mattis ilə Trampın arasının dəydiyi və işdən uzaqlaşdırıldığı xəbərinin arxasında Ricardel dayanıb.

Babək Göyüş

AzNews.az