O, qeydlərin son dərəcə ağrılı olduğunu bildirib. O, qeydlərin son dərəcə ağrılı olduğunu bildirib.
  • Qərb
  • 18 Noyabr 2018 19:40
  •  1 518

Qaşıqçının ölüm anındakı səs qeydləri Trampı dəhşətə gətirdi: Dinləmək istəmirəm...

O, qeydlərin son dərəcə ağrılı olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp İstanbulda öldürülən jurnalist Camal Qaşıqçı barədə açıqlama verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp Qaşıqçının əzab çəkdiyini əks etdirən səs yazısını dinləmək istəmədiyini bildirib.

ABŞ-ın "Fox" kanalına danışan Tramp, Qaşıqçı cinayətinin səsyazısı haqqında geniş şəkildə məlumatlandırıldığını, lakin sözügedən səs qeydlərini dinləmək istəmədiyini deyib. O, səsyazmanın acı dolu, son dərəcə ağrılı, təcavüzkar və bərbad olduğunu bildirib.

AzNews.az