“Bu, ABŞ konstitusiyasına ziddir” “Bu, ABŞ konstitusiyasına ziddir”
  • Qərb
  • 20 Noyabr 2018 09:33
  •  1 050

Tramp üçün böyük şok - İddia qaldırıldı

“Bu, ABŞ konstitusiyasına ziddir”

ABŞ senatorları, keçmiş ədliyyə naziri Cef Seşınsın yerinə Metyu Viteykrı gətirilməsinə əngəl olmaq üçün iddia qaldırıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, demokrat senatorlar, buna səbəb kimi Viteykrın Senatın Hüquq Komitəsi tərəfindən təsdiqlənmədiyini göstərib. Onlar bu dəyişikliyin ABŞ konstitusiyasına zidd olduğunu bildiriblər.

İddia ərizəsində, “Senat, Viteykrın Ədliyyə Nazirliyinin ən yüksək vəzifəsinə təyin olunması, bir yana, federal hökumətin hər hansı ofisində işləməyi üçün belə qərar verməyib”, - deyilir.

Qeyd edək ki, konqresdə keçirilən aralıq seçkilərindən sonra Demokratlar palatası üstünlük əldə edib. Bunun ardınca Tramp, Ədliyyə Naziri Cef Seşınsı işdən azad edib.

Pərvanə AĞAZADƏ
AzNews.az