- Qərb
- 26 Noyabr 2018 14:13
- 2 050
Çexlərin 60 faizi hökumətə etimad göstərmir

Respondentlərin 12 faizi baş nazirə etimadlarını bildiriblər.
Çexiya koalisiya hökumətinin sədri Andrey Babişin etimad reytinqi onun adı ətrafında qalmaqal səbəbindən xeyli zəifləyib.
Bu qalmaqal parlamentdə Nazirlər Kabinetinə etimad göstərilməsinə dair səsvermə ilə nəticələnib.
“Kantar TNS”nin apardığı sorğunun nəticələrinin təhlilinə görə, respondentlərin 12 faizi baş nazirə etimadlarını bildiriblər. Rəyi soruşulanların 25 faizi “qismən inanırıq”, 22 faizi “qismən inanmırıq”, 38 faizi isə “qəti inanmırıq” deyə bəyan ediblər. Sorğu iştirakçılarının 3 faizi suala cavab verməkdə çətinlik çəkiblər.(AZƏRTAC)
© AzNews.az