O insidentdə silahların işə düşməsi çox ciddi suallar yaradır. O insidentdə silahların işə düşməsi çox ciddi suallar yaradır.
  • Qərb
  • 26 Noyabr 2018 16:14
  •  1 261

Almaniyanın Rusiyadan tələbi - "Dənizçiləri və gəmiləri buraxın!"

O insidentdə silahların işə düşməsi çox ciddi suallar yaradır.

Kerç boğazındakı situasiya bölgədə ciddi narahatlıq doğurub. Bu baxımdan hər şey danışıqlar yolu ilə həll edilməlidir.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert keçirdiyi brifinqdə səsləndirib.

Onun sözlərinə görə, Rusiyanın Azov dənizindəki təcavüzü "Normand dördlüyü"nün (Almaniya, Rusiya, Ukrayna və Fransa) görüşündə müzakirə ediləcək.

"Bu insidentin aydınlaşdırılması üçün biz tərəfləri təcili surətdə danışığa başlamağa çağırırıq. Bütün problemlər yalnız dialoq nəticəsində öz həllini tapa bilər. Təbii ki, o insidentdə silahların işə düşməsi çox ciddi suallar yaradır. Rusiyaya səslənərək deyirik ki, ilk öncə Ukrayna gəmilərini və dənizçiləri azad etsin". Zaybert belə deyib.

Babək Göyüş

© AzNews.az