- Qərb
- 7 Dekabr 2018 08:37
- 5 574
Böyük Corc Buş dəfn edildi

Buş onun adına qoyulan kitabxananın ərazisində torpağa tapşırılıb.
ABŞ-ın 41-ci prezidenti böyük Corc Buş Texas şəhərində dəfn edilib.
AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, son vida mərasimində yalnız yaxın qohumları və dostları olub.
Bu haqda informasiyanı Buş ailəsinin rəsmi nümayəndəsi Cim Makqrat özünün Tvitter səhifəsində paylaşıb.
Buş onun adına qoyulan kitabxananın ərazisində həyat yoldaşı Barbara Buş və 3 yaşında leykemiyadan ölən qızı Robinin yanında torpağa tapşırılıb.
Xatırladaq ki, böyük Corc Buş noyabrın 30-da 95 yaşında dünyasını dəyişib.
Babək Göyüş
© AzNews.az