Yanvarın 5-də Parisdə “sarı jiletlilər”in növbəti etiraz aksiyası zamanı polisə hücum edənlərdən biri keçmiş peşəkar boksçu və 2007-ci ildə boks üzrə Fransa çempionu olub. Yanvarın 5-də Parisdə “sarı jiletlilər”in növbəti etiraz aksiyası zamanı polisə hücum edənlərdən biri keçmiş peşəkar boksçu və 2007-ci ildə boks üzrə Fransa çempionu olub.
  • Qərb
  • 7 Yanvar 2019 10:48
  •  1 465

Parisdə “sarı jiletli” boskçu polisi döydü

Yanvarın 5-də Parisdə “sarı jiletlilər”in növbəti etiraz aksiyası zamanı polisə hücum edənlərdən biri keçmiş peşəkar boksçu və 2007-ci ildə boks üzrə Fransa çempionu olub.

BFM telekanalının məlumatına görə, hücum edən boksçunun adı Kristof Dettinedir.

Telekanalın yayımladığı kadrlarda iricüssəli, əynində yaşıl jilet olmayan qara gödəkçəli bir kişi qalxan və qoruyucu şlem geyinmiş polis işçisinə yumruqları ilə zərbə endirir. O, zərbələri polisin baş nahiyəsinə endirir.

Bu zaman polis müqavimət göstərməyə çalışsa da, özünü yıxılmaqdan güclə saxlayır. Digər bir videoda isə həmin boksçunun yerdə uzanan polis işçisinə ayaqları ilə zərbə endirməsi görünür.

“Bir boksçu kimi, siz qaydalara riayət etmirsiniz. Biz sizi cinayət məcəlləsində olan qaydalarla tanış edərik”, - deyə polis komissarlığının rəsmi “Twitter” səhifəsində yazılıb.

Bildirilir ki, polis Fransa mətbuatında yayılmış video ilə bağlı hələlik heç kimi həbs etməyib.

Bununla belə, Fransa XİN rəhbəri Kristof Kastaner bəyan edib ki, boksçu bu “qorxaq və yolverilməz hərəkətini” izah etməlidir.

Fransa Boks Federasiyası da boksçunu ittiham edib.

“Federasiya və Milli Peşəkar Boks Liqası olaraq bizim dəyərlərə zidd olan bu cür zorakılığı qəti şəkildə pisləyirik və imicimizin qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”, - deyə federasiyanın saytında qeyd edilib.(oxu.az)

© AzNews.az