Asiyada çox böyük müharibə baş verəcəkdi. Asiyada çox böyük müharibə baş verəcəkdi.
  • Qərb
  • 7 Yanvar 2019 10:59
  •  2 509

Trampdan qan qoxulu açıqlama - “Prezident seçilməsəydim...”

Asiyada çox böyük müharibə baş verəcəkdi.

Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə aparılan danışıqlarla bağlı açıqlamalar verib.

AzNews.az xəbər verir ki, Tramp görüşlərin çox yaxşı olduğunu və Şimali Koreyaya tətbiq olunan sanksiyaların tam gücü və təsiri ilə davam edəcəyini bildirib.

O, Şimali Koreya lideri Kim Çen Inla baş tutacaq ikinci görüş üçün yer axtardıqlarını da deyib.

Ağ Evin sahibi jurnalistlərə deyib ki, bu görüşlər olmasaydı, Asiyada çox böyük müharibə baş verəcəkdi.

ABŞ prezidentinə keçən həftə Kimdən bir məktub gəlib. Həmin məktubda Kim tezliklə Trampla görüşmək istədiyini bildirib.

Qeyd edək ki, Tramp 2018-ci ilin iyun ayında Şimali Koreya lideri ilə Sinqapurda görüşüb.

Pərvanə Ağazadə

AzNews.az