ABŞ Prezidenti Donald Tramp Administrasiyası Avropa İttifaqının (Aİ) Vaşinqtondakı nümayəndəliyinin diplomatik statusunu rəsmən xəbərdar etmədən üzv dövlətdən beynəlxalq təşkilat səviyyəsinədək azaldıb. ABŞ Prezidenti Donald Tramp Administrasiyası Avropa İttifaqının (Aİ) Vaşinqtondakı nümayəndəliyinin diplomatik statusunu rəsmən xəbərdar etmədən üzv dövlətdən beynəlxalq təşkilat səviyyəsinədək azaldıb.
  • Qərb
  • 8 Yanvar 2019 14:35
  •  1 622

Avropa İttifaqının Vaşinqton nümayəndəliyinin statusu azaldıldı

ABŞ Prezidenti Donald Tramp Administrasiyası Avropa İttifaqının (Aİ) Vaşinqtondakı nümayəndəliyinin diplomatik statusunu rəsmən xəbərdar etmədən üzv dövlətdən beynəlxalq təşkilat səviyyəsinədək azaldıb.

“Deutsche Welle” xəbər verir ki, Aİ təmsilçisinin dediyinə görə, bu addım təşkilatın rəhbərliyi tərəfindən yaxşı qarşılanmayıb və Aİ-nin cavab tədbirləri müzakirə olunur.

Nümayəndəliyin əməkdaşları ötən ilin təqribən oktyabr ayının sonu – noyabrın əvvəllərində Vaşinqtonda keçirilən tədbirlərə nümayəndəlik rəhbərinin dəvət olunmadığını, çox güman ki, status dəyişilkiyinin elə həmin ərəfəyə təsadüf etdiyini bildiriblər. Konkret olaraq isə yeni status daşıdıqlarından dekabr ayında sabiq Prezident ata Corc Buşun dəfn mərasiminin təşkilatçılarına müraciət edərkən xəbər tutublar.

Aİ nümayəndəliyindən bu məsələyə dair ABŞ Dövlət Departamentinə verilən sorğuya cavab olaraq "xəbərdar etməyi unutduqları”nı bildirərək, bu qərarı protokol xidməti rəhbərinin məsləhət bildiyi üçün verdiklərini əlavə ediblər. Qaydaya görə, bu kimi addımlar barədə əvvəlcədən yazılı sürətdə xəbərdarlıq olunmalıdır.

Aİ üzv olan ölkələrdən birinin Vaşinqtondakı nümayəndəsi isə burada məsələnin heç də protokolla bağlı olmadığını, açıq-aşkar siyasi mahiyyət daşıdığını vurğulayıb.(report.az)

© AzNews.az