• Qərb
  • 8 Yanvar 2019 15:45
  •  655

“Brexit”lə əlaqədar Böyük Britaniyadan 1 trilyon dollar çıxarılıb

Həmin vəsait Avropa ölkələrinə yönəldilib.

Bu ilin mart ayında başlayacaq Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ("Brexit") prosesi ilə əlaqədar maliyyə bazarı iştirakçıları, o cümlədən banklar bu ölkədən 800 mlrd. funt-sterlinq (təxminən, 1 trln. ABŞ dolları) məbləğində vəsait çıxarıb.

Həmin vəsait Avropa ölkələrinə yönəldilib.

Sözügedən rəqəmi "Ernst and Young" audit şirkəti açıqlayıb. Şirkət maliyyə bazarının 222 əsas iştirakçısı arasında apardığı sorğudan sonra bu qənaətə gəlib. Hesablama “Brexit” referendumunun 2016-cı ilin iyun ayında yekunlaşmasından sonra bu sahədə vəziyyəti əks etdirir.

Ortaya çıxmış rəqəmin yalnız açıqlanmış məlumatlar əsasında hesablandığını nəzərə alsaq, faktiki rəqəmin daha çox olduğunu demək olar.(report.az)

© AzNews.az