• Qərb
  • 9 Yanvar 2019 11:44
  •  634

Bolton böhranı: ABŞ Türkiyənin biləklərini bükəcəkmi? - "Ərdoğan cavablarını verdi"

ABŞ bu addımı ilə işə Türk-kürd müharibəsi maskası taxmaq istəyir.

Xəbər verildiyi kimi, ABŞ prezidentinin Beynəlxalq Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Türkiyə səfər edib. Keçmiş səfir Uluç Özülkez ABŞ-lı heyətin dünənki səfərini belə dəyərləndirib: “ABŞ hansı ölkə ilə görüşməyə gəldiyinin fərqində deyildi. Rəsmi Vaşinqton tələblərini qəbul etməyən Türkiyənin biləklərini bükmək üçün hərəkətə keçə bilər”.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prrezidenti Ərdoğanın AKP-nin iclasında “Çox böyük səhv etdi” deyərək sərt şəkildə tənqid etdiyi Con Boltonun Türkiyəyə ziyarəti uzun olmadı.

Uluç Özülker Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması haqda bəyanatlarında ziddiyyət olduğunu xatırladıb:

“Öncə Suriyadan çəkilmək üçün 60 gün dedilər, sonra 4 aya qaldırdılar, İraqa keçəcəyik bəyanatını verdilər. Davamlı bəhanələr uydurdular. Müddətin dəqiqləşməyi üçün heyətlər arası görüşləri dəstəklədilər. Bu görüşdən əvvəl də nəzakət qaydalarına uyğun olmayan açıqlamalar verdilər”.

ABŞ-ın Türkiyəyə qarşı 3 şərt qoyduğunu və bunları heyətlər arası görüşlərdən əvvəl elan etdiklərini deyən Özülker sözlərinə belə davam edib:

“İlk olaraq "İŞİD-i siz bitirin" dedilər. Biz "yaxşı" dedik, ancaq bunu logistik dəstək olmadan edə bilməyəcəyimizi əvvəlcədən bildirdik. Təxminən 350 kilometr dərinlikdən danışırlar. Ancaq bu sahədə nə təhlükəsiz koridoru yaradılıb, nə də Türk əsgəri üçün imkanlar var. Heç nə etmədən "İŞİD-i siz bitirin" dedilər. İkinci şərtləri də “Kürdlərə toxunmayın” oldu. Düşünün, 1984-dən bu yana PKK ilə mübarizə aparan bir quruluş var ortalıqda. Türkiyə bu quruluşun içindəki kürdlərlə əlbəttə mübarizə aparacaq. Qaldı ki, SDG-nin sabahın PKK-lılarından yarandığını hamı qəbul edir. ABŞ bu addımı ilə işə Türk-kürd müharibəsi maskası taxmaq istəyir. Təbii ki Türkiyə bunları qəbul etmədi, edə bilməz. Qaldı ki, siz bu təklifləri heyətlər arası görüşdə deyil, Türkiyəyə gəlməmiş edirsiniz. Bu hərəkət diplomatik cəhətdən çox mədəniyyətsizdir.

ABŞ bərabər şərtlər altında bir ölkə ilə görüşəcəkmiş kimi deyil, onun müstəmləkəsi olan bir dövlətlə görüşəcəkmiş kimi açıqlamalar verib. Bərabərlər arasındakı müzakirənin qaydaları məlumdur. ABŞ buna əməl etməyib. Cavabını da prezident Ərdoğandan çox dəqiq şəkildə alıblar.

İşlər Pentaqonun istədiyi vəziyyətə gəlib. ABŞ-ın dərin dövləti Trampı istədiyi yerə çəkir. Türkiyənin ABŞ-ın istəklərini qəbul etməməsi vacib addımdır. Ancaq buna qarşı olaraq ABŞ biləyimizi bükmək üçün fərqli mövzularda hərəkət edəcək. Patriot məsələsi, F-35, S-400, Halkbank davası, İrana sanksiyaların istisnası kimi seçimlərlə həmlə edə bilərlər”.

Pərvanə Ağazadə

AzNews.az