Norveçdə ölkənin ən zəngin insanlarından olan milyoner Tom Hagenin həyat yoldaşı oğurlanıb. Norveçdə ölkənin ən zəngin insanlarından olan milyoner Tom Hagenin həyat yoldaşı oğurlanıb.
  • Qərb
  • 9 Yanvar 2019 15:45
  •  3 264

Milyonçunun arvadını qaçırdılar

Norveçdə ölkənin ən zəngin insanlarından olan milyoner Tom Hagenin həyat yoldaşı oğurlanıb.

Milyonerin 68 yaşlı arvadı Anna Yelizabet Falkevik Hagen dekabrın 31-də yaşadığı evdən qaçırılıb.

Cinayətkarlar qadını geri qaytarmaq üçün 9 milyon avro dəyərində kriptovalyuta tələb ediblər.

Polis ailəyə tələbi yerinə yetirməməsini məsləhət görüb.

Qadının axtarışına nəinki polis, həmçinin kriminal polis, Avropol və İnterpol da qoşulub.(qafqazinfo.az)

© AzNews.az