Yeni qaydalar fevralın 15-dək qüvvəyə minməlidir. Yeni qaydalar fevralın 15-dək qüvvəyə minməlidir.
  • Qərb
  • 17 Yanvar 2019 10:08
  •  2 811

Pentaqon yeni “qrin-kart” sahiblərini yoxlayır

Yeni qaydalar fevralın 15-dək qüvvəyə minməlidir.

Pentaqon ABŞ-da yaşamaq icazəsi almış potensial yeni "qrin-kart" sahiblərinin adıçəkilən hərbi qurum tərəfindən yoxlanmasını nəzərdə tutan yeni qaydalar tətbiq etməyi planlaşdırır.

Bu barədə "The Washington Post" hərbi qurumun nümayəndələrinə istinadən yazıb.

Qeyd olunur ki, yoxlamalar yalnız əcnəbilərə yox, başqa ölkənin vətəndaşı ilə nikaha girən və ya ikili vətəndaşlığı olan qohumları olan ABŞ vətəndaşlarına da şamil ediləcək. Qurum hesab edir ki, bu, terrorizm və ya casusluqla əlaqəli könüllü hərbçilərin sayının azaldılmasına imkan yaradacaq.

Nəşrdə vurğulanır ki, yeni qaydalar fevralın 15-dək qüvvəyə minməlidir.(report.az)

© AzNews.az