Mey müxalifət partiyaları ilə bir sıra görüşlər keçirib. Mey müxalifət partiyaları ilə bir sıra görüşlər keçirib.
  • Qərb
  • 17 Yanvar 2019 16:25
  •  2 100

Brexit "B Planı" səsverməsinin tarixi açıqlandı

Mey müxalifət partiyaları ilə bir sıra görüşlər keçirib.

İngiltərədə hökumətin Brexit mövzusundakı "B Planı" 29 yanvarda parlamentdə səsverməyə çıxarılacaq.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İngiltərədə hökumətin səlahiyyətli şəxsləri Baş nazir Theresa Meyin bazar ertəsi parlamentə təqdim edəcəyi "Brexit B Planı"nın 29 yanvarda səsverməyə çıxarılacağını açıqlayıb.

İngilis parlamentinin çərşənbə axşamı keçirilən səsvermədə Meyin AB ilə razılaşdığı Brexit müqaviləsini çox böyük fərqlə rədd etmişdi.

Parlamentin daha əvvəl aldığı qərara görə Meyin "B Planı" 3 iş günü içində millət vəkilləri ilə müzakirə ediləcək.

Müxalifət partiyaları ilə bir sıra görüşlər keçirən Meyin hazırlayacağı "B Planı"nı bazar ertəsi günü parlamentdə edəcəyi çıxışında təqdim etməsi düşünülür.

Nigar CƏFƏR

AzNews.az