• Qərb
  • 21 Yanvar 2019 14:36
  •  464

İrlandiya “Brexit”ə dair ikitərəfli danışıqlara getməyəcək

"Biz hər hansı ikitərəfli danışıqlara gedə bilmərik".

İrlandiya Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxması ilə bağlı bu ölkə ilə ikitərəfli danışıqlar aparmaq niyyətində deyil.

TASS xəbər verir ki, bu barədə İrlandiyanın Avropa işləri dövlət naziri Helen MakEnti RTE telekanalına bildirib.

O deyib: “Biz hər hansı ikitərəfli danışıqlara gedə bilmərik. Bu danışıqları yalnız Avropa İttifaqı üzvü olan 27 dövlətlə birgə aparacağıq. Yəni danışıqlar Aİ ilə Böyük Britaniya arasında aparılacaq”.

Nazir 1998-ci ildə iki ölkə arasında sərhədin hər iki tərəfindəki əhali üçün bərabər hüquqları tanıyan Belfast sazişinin “müzakirə mövzusu olmadığı”nı vurğulayıb.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Tereza Mey tərəfindən İrlandiya adasındakı sərhədlə bağlı problemi aradan qaldırmaq üçün Belfast sazişinə dəyişiklik ehtimalının gündəmə gətirildiyi bildirilmişdi.(report.az)

© AzNews.az