Mərziyə Haşemi sərbəst buraxılıb. Mərziyə Haşemi sərbəst buraxılıb.
  • Qərb
  • 24 Yanvar 2019 08:57
  •  1 625

ABŞ-da tutulan İran jurnalisti azad edildi

Mərziyə Haşemi sərbəst buraxılıb.

ABŞ-da həbs edilən İranın "Press TV" telekanalının jurnalisti Mərziyə Haşemi sərbəst buraxılıb.

Bu barədə telekanal M.Haşeminin ailə üzvünə istinadən xəbər verir.

Jurnalistin sərbəst buraxılmasının təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Mərziyə Haşemi yanvarın 16-sı Missuri ştatının Sent-Luis şəhərində saxlanılmışdı.

Ona qarşı heç bir ittiham irəli sürülməsədə, jurnalistin vacib məlumata sahib olan şahid qismində saxlanıldığı bildirilirdi.(trend.az)

© AzNews.az