Stone prokurorluğun iddia etdiyi 7 cinayəti də rədd edib. Stone prokurorluğun iddia etdiyi 7 cinayəti də rədd edib.
  • Qərb
  • 30 Yanvar 2019 09:35
  •  1 458

Trampın yaxın dostu tutuldu - məhkəməyə çıxarıldı

Stone prokurorluğun iddia etdiyi 7 cinayəti də rədd edib.

ABŞ prezidenti Donald Trampın seçki kampaniyası müddətində məsləhətçisi olan və Rusiya istintaqı çərçivəsində saxlanılan Roger Stone prokurorluğun haqqında qaldırdığı iddiaları rədd edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Trampın yaxın dostu və məsləhətçisi Stone tutulandan sonra Vaşinqtonda federal məhkəmədə hakim qarşısına çıxıb.

Rusiya istintaqı çərçivəsində cümə günü səhər saatlarında saxlanılan və 250 min dollar girov müqabilində azad olan Stone prokurorluğun iddia etdiyi 7 cinayəti də rədd edib.

Cümə günü yenidən məhkəməyə çıxmalı olan Stone “şahidi yalan ifadə verməyə məcbur etmək, istintaqa əngəl olmaq və Konqresdə yalan ifadə vermək” kimi iddiaları qəbul etmədiyini bildirib.

Stone xüsusi səlahiyyətli prokuror Robert Muellerin apardığı "Rusiyanın 2016-cı ildə ABŞ-ın prezident seçkilərinə müdaxiləsi" ilə bağlı aparılan istintaq çərçivəsində bu səhər saxlanılıb.

İddianamədə Stone Trampın prezidentlik seçkilərindəki rəqibi Hillari Klintonun kampaniya rəhbəri Con Podestanın rus komputer piratları tərəfindən ələ keçirilən və Vikiliksdə yayınlanan e-mail yazışmaları ilə bağlı təqsirləndirilir.

Prokuror Mueller Stonenin Vikiliksin əlindəki məlumatlardan xəbərdar olduğunu iddia edir.

Pərvanə Ağazadə

AzNews.az