Yaxın zamanda məhkəmə onların həbsinə dair qərar verəcək. Yaxın zamanda məhkəmə onların həbsinə dair qərar verəcək.
  • Qərb
  • 30 Yanvar 2019 13:02
  •  2 209

Almaniyada üç iraqlı miqrant saxlanıldı

Yaxın zamanda məhkəmə onların həbsinə dair qərar verəcək.

Almaniya hüquq-mühafizə orqanları əməkdaşları İraqdan olan 3 miqrantı terror aktına hazırlıq şübhəsi ilə saxlayıblar.

Bu barədə RİA "Novosti" xəbər verir.

"Spiegel" nəşrinin yazdığına görə, şübhəlilər internetdə bomba hazırlanması üzrə təlimatı dərc ediblər. Bundan əlavə, onlar fişənglərdən barıt çıxarmağa başlayıblar və Böyük Britaniyadan fitil sifariş veriblər.

Yaxın zamanda məhkəmə onların həbsinə dair qərar verəcək.

İstintaqın məlumatına görə, saxlanılanlardan ikisi 2018-ci ilin sonlarından etibarən terror hücumuna hazırlaşıb. Sonradan onlar üçüncü şübhəliyə odlu silah təminatıyla bağlı müraciət ediblər.

Belə ki, onlar silah və ya avtomobillə hücumu alternativ plan olaraq müzakirə ediblər.(report.az)

© AzNews.az