• Qərb
  • 31 Yanvar 2019 12:28
  •  474

ABŞ-da şiddətli şaxta 8 can aldı

Çikaqoda temperatur mənfi 32 dərəcəyə çatıb.

Şiddətli şaxtalar nəticəsində ABŞ-ın Orta Qərb bölgəsində iri şəhərlər iflic vəziyyətinə düşüb.

Səkkiz nəfərin ölümünə səbəb olmuş şaxtanın gələn həftənin ortalarına qədər davam edəcəyi gözlənilir.

Yanvarın 31-nə keçən gecə Çikaqoda temperatur mənfi 32 dərəcəyə çatıb. Bundan əvvəl Çikaqoda bu cür güclü şaxta sonuncu dəfə 1994-cü ildə qeydə alınıb. Anomal şaxta şimal-şərq ştatları tərəfə irəliləyir. Ən aşağı temperatur (mənfi 54 dərəcə) Minessota ştatının Ponsfort şəhəri ətrafında qeydə alınıb.

Şaxtalı hava ilə əlaqədar Orta Qərb sakinləri evlərində qalmağa məcbur olublar. Poçt xidməti Minnesota və Ayova ştatlarına, habelə Viksonsin və İllinoys ştatlarının qərb hissəsinə poçt daşınmasını dayandırıb.

Çərşənbə günü Çikaqo aeropotlarında 1700-dən çox reys ləğv edilib, Amtrak dəmir yol şirkəti isə həmin gün Çikaqoya getməli bütün reysləri təxirə salıb. Regionun ali məktəblərində, o cümlədən Çikaqo, Şimal-Qərb, Viskonsin, Medison və Miçiqan universitetlərində məşğələlər ləğv edilib.(AZƏRTAC)

© AzNews.az