"Bu qərar Moskvaya Vaşinqtonun ardınca bu sazişdən çıxmaq qərar verməyə imkan yaradıb". "Bu qərar Moskvaya Vaşinqtonun ardınca bu sazişdən çıxmaq qərar verməyə imkan yaradıb".
  • Qərb
  • 8 Fevral 2019 19:10
  •  2 613

Hillari Klinton: Trampın bu qərarı Putinə hədiyyədir

"Bu qərar Moskvaya Vaşinqtonun ardınca bu sazişdən çıxmaq qərar verməyə imkan yaradıb".

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Prezident Donald Trampın Orta və yaxın məsafəli raketlərin ləğv edilməsi barədə sazişdən çıxmaq qərarını tənqid edib.

H.Klinton bu barədə Vaşinqtonda Corctaun Universitetində çıxış edərkən deyib.

O bəyan edib ki, dünyaya hazırda silahlanma yarışı lazım deyil:

"Tramp administrasiyasının bu qərarı Rusiya Prezidenti Vladimir Putin üçün hədiyyədir, çünki bu qərar Moskvaya Vaşinqtonun ardınca bu sazişdən çıxmaq qərar verməyə imkan yaradıb".

H.Klinton əlavə edib ki, bunu sazişlə bağlı Rusiya ilə fikir ayrılıqları regionda gözlənilməzlik amilini gücləndirəcək. (trend)

AzNews.az