43 yaşlı “vor-zakon” yüksək miqdarda kokain qəbulundan ölüb. 43 yaşlı “vor-zakon” yüksək miqdarda kokain qəbulundan ölüb.
  • Qərb
  • 1 Mart 2019 15:40
  •  4 366

“Lənkəranski”nin ən yaxın adamı narkotikdən öldü - FOTO

43 yaşlı “vor-zakon” yüksək miqdarda kokain qəbulundan ölüb.

Məşhur “qanuni oğru”, “Cemo Tbilliskiy” ləqəbli, gürcü əsilli Cemal Mikeladze fevralın 28-də İtaliyada vəfat edib.

““Praym Kraym” saytının xəbərinə görə, 43 yaşlı “vor-zakon” yüksək miqdarda kokain qəbulundan ölüb.

Məlumata görə, “Cemo” kimi atası, “Arsen” ləqəbli Cemal Mikeladze də kriminal avtoritet olub. O, 1993-cü ildə öldürülüb. “Cemo”nun qardaşı Mamuka isə iki ay öncə Moskvada qətlə yetirilib.

“Cemo” kriminal aləmdə azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) ən yaxın adamlarından biri kimi tanınırdı.(qafqazinfo.az)

AzNews.az

image description