- Rusiya və İran
- 3 Aprel 22:55
- 1 545
İran ABŞ-nin "LUCAS" kamikadze dronunu vurub
İranın Hava Hücumundan Müdafiə (HHM) vasitələri ölkənin cənubundakı Hörmüzqan əyalətində ABŞ-yə məxsus "LUCAS" sərbəst uçan döyüş sursatını vurub.
Aznews.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin bəyanatını "SNN" telekanalı yayıb.
"Sirik bölgəsində ABŞ-nin "LUCAS" kamikadze dronu vurulub və Fars körfəzinə düşüb", - məlumatda bildirilib.