Məhdudlaşdırıcı tədbirlər 7 Rusiya vətəndaşına qarşı həyata keçirilib. Məhdudlaşdırıcı tədbirlər 7 Rusiya vətəndaşına qarşı həyata keçirilib.
  • Qərb
  • 18 Mart 2019 16:30
  •  2 138

Avstraliya da Rusiyaya qarşı sanksiya tətbiq etdi

Məhdudlaşdırıcı tədbirlər 7 Rusiya vətəndaşına qarşı həyata keçirilib.

Avstraliya hökuməti Kerç boğazında baş vermiş insidentə görə Rusiyaya qarşı sanksiya tətbiq edib.

“Lenta.ru”nun xəbərinə görə, bu barədə Avstraliya Xarici işlər naziri Meris Peyn bildirib.

Məhdudlaşdırıcı tədbirlər 7 Rusiya vətəndaşına qarşı həyata keçirilib. Siyahıda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım və Sevastopol üzrə sərhəd ximətinin rəisi Sergey Stankeviç, “Don” gəmilərinin komandiri Aleksey Salyayev , “İzmurd” gəmisinin komandiri Andrey Şipitsin, eləcə də “Suzdalets” Rusiya Hərbi-Dəniz Donanmasının komandiri Sergety Şerbakov da var.

Qeyd edək ki, martın 15-də Kerç boğazındakı hadisələrə görə Avropa İttifaqı, ABŞ və Kanada da Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Xatırladaq ki, ötən il noyabrın 25-də Ukraynanın hərbi gəmiləri Kerç boğazında Rusiyanın sərhədlərini pozduğu üçün atəşə tutulub və 24 dənizçi saxlanılıb.(qafqazinfo.az)

AzNews.az