- Qərb
- 28 Mart 2019 19:32
- 3 301
Trampdan OPEK-ə çağırış

“OPEC-in neft axınını artırması vacibdir"
ABŞ Prezidenti Donald Tramp OPEC-i neft hasilatını artırmağa çağırıb.
Bu barədə D.Tramp “Twitter” səhifəsində yazıb.
O, neft qiymətlərinin daha da artmasının qarşısını almaq üçün bu çağırışı edib:
“OPEC-in neft axınını artırması vacibdir. Dünya bazarları həssasdır, neft qiymətləri həddən artıq bahalaşır”.
Qeyd edək ki, bu ilin əvvəlindən “Brent” markalı neftin qiyməti dünya bazarlarında 25 faiz artıb.
AzNews.az