- Qərb
- 29 Mart 2019 09:11
- 1 914
Obamanın təyin etdiyi general vəzifədən getdi

O, bu vəzifəyə 2016-cı ildə seçilib.
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Qüvvələr (CENTCOM) komandanı, general Cozef Votel vəzifəsini Silahlı Qüvvələrin Baş Qərargahının sözçüsü, general-leytenant Kenet Makkenziyə verib.
AzNews.az xəbər verir ki, Floridanın Tempa şəhərində üç ildir komandan vəzifəsində çalışan Votelin Makkenziyə vəzifəsini dövr etməsi münasibəti ilə mərasim təşkil olunub.
Mərasimdə ABŞ-ın müdafiə nazirinin vəkili Patrik Şanahan, çox sayda yüksək və hərbi səlahiyyətli şəxslər iştirak edib.
Xatırladaq ki, Votel keçmiş ABŞ prezidenti Barak Obama tərəfindən 2016-cı ildə CENTCOM komandanlığına təyin edilib.
Pərvanə Ağazadə
AzNews.az