İnsidentlə bağlı araşdırma başlayıb. İnsidentlə bağlı araşdırma başlayıb.
  • Qərb
  • 1 Aprel 2019 10:53
  •  1 391

Fransada qocalar evində kütləvi zəhərlənmə - Ölənlər var

İnsidentlə bağlı araşdırma başlayıb.

Fransanın cənubunda Lerm şəhərindəki qocalar evində baş verən kütləvi zəhərlənmədən 4 nəfər ölüb, daha 22 nəfərə isə tibbi yardım göstərilib.

Kəskin qida zəhərlənməsi səbəbindən tibbi yardım göstərilən 22 nəfərdən 15-i hələ də xəstəxanadadır.

Qeyd olunur ki, bu qocalar evində ən varlı yaşlılar məskunlaşıb. Ev 90 nəfər üçün nəzərdə tutulub.

İnsidentlə bağlı araşdırma başlayıb. Hazırda qocalar evinin mətbəxində laborator təhlillər aparılır.(trend.az)

AzNews.az