• Qərb
  • 2 Aprel 2019 14:21
  •  387

İspaniya Brexitdən daha çox zərər görəcək

Böyük Britaniyada bir neçə ispan bankının filialları fəaliyyət göstərir.

“Standart & Poor’s” (“S&P”) reytinq agentliyi xəbərdarlıq edib ki, Birləşmiş Krallıq Avropa İttifaqının tərkibindən çıxacağı təqdirdə bu, İspaniyaya ciddi təsir göstərəcək. Agentlik bir trilyon avrodan çox ÜDM-ə malik olan İspaniyanı Brexit qarşısında ən zəif Avropa ölkələrindən biri adlandırıb.

“S&P” öz nəticələrini İspaniya üzərində onunla əsaslandırıb ki, Böyük Britaniyada bir neçə ispan bankının filialları fəaliyyət göstərir. Onların sırasında “Banco Santander”yə məxsus “Santander UK”, həmçinin “Banco Sabadell”in mülkiyyəti olan “TSB” də vardır. “BBVA” və “CaixaBank” da Birləşmiş Krallıqda təmsil olunurlar, lakin onların fəaliyyəti daha azmiqyaslıdır və korporativ sektorda qərarlaşıb.

Beləliklə, “S&P”nin hesablamalarına görə, İspaniyanın maliyyə riskləri təqribən ÜDM-in 30 faizinə bərabərdir. Ölkə bu göstərici üzrə yalnız Lüksemburqdan geri qalır.

Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxacağını elan edəndən sonra Belçika, Almaniya və İsveçrə kimi bir sıra ölkələr Londonda fəaliyyətini azaldıb. Eyni zamanda, İspaniya, həmçinin Fransa və Niderland isə əksinə, bu ölkədə fəaliyyətlərini artırıblar.(AZƏRTAC)

AzNews.az