Stoltenberq Ağ Evdə Trampla görüşüb Stoltenberq Ağ Evdə Trampla görüşüb
  • Qərb
  • 3 Aprel 2019 08:26
  •  2 620

Tramp NATO-nun baş katibinə Merkeldən şikayət etdi

Stoltenberq Ağ Evdə Trampla görüşüb

ABŞ prezidenti Donald Tramp NATO ölkələri arasında, xüsusilə Almaniyanı işarə edərək Angela Merkelin kifayət qədər məsuliyyət daşımadığını deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Trampla NATO-nun baş katibi Stoltenberq Ağ Evdə görüşün ardınca mətbuat konfransı keçirib.

Tramp vəzifəyə gələndən bəri NATO ilə münasibətlərin inkişaf etdiyini bildirib.

NATO barədə bundan əvvəl verdiyi açıqlamaları təkrarlayan Tramp bu Alyansa üzv olan ölkələri daha məsuliyyətli olmağa çağırıb.

"Son illər göstərilən təzyiqlər nəticəsində NATO-ya 10 milyardlarla dollar yardım edilib. Bu rəqəm sürətlə artır. 140 milyard dollar əlavə pul yığdıq. 2020-ci ilədək 100 milyard dollar da toplamaq istəyirik". Tramp belə deyib.

Stoltenberq NATO-ya olan güclü bağlılığı və problemlərin həllində liderlik etdiyi üçün Trampa minnətdarlığını bildirib.

Pərvanə Ağazadə

AzNews.az