“Belə planlar hazırda NATO-nun da nəzərində var” “Belə planlar hazırda NATO-nun da nəzərində var”
  • Qərb
  • 4 Aprel 2019 16:09
  •  1 943

Polşalı general Rusiyanı hədələdi

“Belə planlar hazırda NATO-nun da nəzərində var”

Polşa ordusunun generalı Vlademar Skşipçak Rusiyanın ölkə ərazilərinə təcavüz edəcəyi təqdirdə NATO-nun nüvə silahına əl atacağını bəyan edib.

Onun sözlərinə görə, ABŞ əvvəllər də lazım gəldikdə “Qırmızı ordunu dayandırmaq üçün” nüvə silahından istifadə etməyə hər zaman hazır olub.

“Belə planlar hazırda NATO-nun da nəzərində var”, - deyə general “Wirtualna Polska” nəşrinə verdiyi müsahibədə bildirib.

Skşipçak etiraf edib ki, hazırda Avropanın heç bir ordusu təkbaşına Rusiyanın hücumuna tab gətirə bilməz. Onun dediyinə görə, Polşanın NATO ilə hərbi ittifaqa qoşulmasına əsas zəmin elə bu olub.(oxu.az)

AzNews.az