• Qərb
  • 5 Aprel 2019 12:54
  •  688

Tereza Mey Avropa İttifaqından möhlət istədi

Tereza Mey Donald Tuskdan möhlət istəyib.

Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskdan möhlət istəyib.

“Reuters” xəbər verir ki, o, məktubunda “Brexit”in (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) müddətinin 2019-cu il iyunun 30-na keçirilməsini xahiş edib.

Qeyd edək ki, aprelin 4-də Böyük Britaniya parlamentinin İcmalar Palatası hökumətin üzərinə "Brexit"i yenidən təxirə salmaq xahişi ilə Avropa İttifaqına (Aİ) müraciət etmək öhdəliyi qoyan qanun layihəsini bir səs çoxluğu ilə qəbul edib. Üçüncü oxunuşda 313 deputat sənədin lehinə, 312 deputat isə əleyhinə səs verib. Qanun layihəsi aprelin 12-də Böyük Britaniyanın Aİ-dən sazişsiz çıxmasının qarşısını almağa yönəldilib.(report.az)

AzNews.az