• Qərb
  • 5 Aprel 2019 14:52
  •  661

Avropaya qış qayıtdı - VİDEO

Avropada hava şəraiti kəskin şəkildə dəyişib.

İsveçrə, Fransa və İtaliyanın Alp bölgələrində güclü qar çovğunu qeydə alınıb.

Bu haqda “Stormnews.ru” məlumat yayıb.

Qar çovğunu ən çox İsveçrədə fəsadlara yol açıb. Aprelin 3-dən etibarən bu ölkəyə qış qayıdıb. Bəzi yüksək rayonlara 70 sm qalınlıqda qar düşüb.

Ölkədə dəmiryolu, hava və avtomobil nəqliyyatında ciddi pozuntular meydana gəlib. Avtotrasslarda uzun tıxaclar yaranıb.

Fransanın dağlıq raonlarına isə 80 sm-ə qədər qar düşüb. Ağacların yüksəkgərginlikli naqillər üzərinə aşması nəticəsində Yuxarı Savoya, İzer və Savoya rayonlarında aprelin 4-də faktiki olaraq 50 minə yaxın ev işıqsız qalıb.

İtaliyada isə Lombardiya və Pyemont bölgələrinə güclü qar düşüb. Bəzi rayonlarda qarın qalınlığı bir metrə çatır.

İngiltərənin Midlends bölgəsində, şimali Uelsdə və cənubi Şotlandiyada da analoji vəziyyət müşahidə olunur. Qeyd olunan bölgələrdə mənfi temperatur hökm sürür.

“Çağırılmamış qonaq” sürücülərin işini çətinə salıb. Yollarda böyük tıxaclar meydana gəlib. Lankaşir qraflığının avtotrasında isə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 maşın toqquşub.

AzNews.az