Leysan yağışları və fırtınanın daha bir neçə gün davam edəcəyi bildirilir Leysan yağışları və fırtınanın daha bir neçə gün davam edəcəyi bildirilir
  • Qərb
  • 9 Aprel 2019 16:04
  •  2 397

Krit adasında fövqəladə vəziyyət elan olundu

Leysan yağışları və fırtınanın daha bir neçə gün davam edəcəyi bildirilir

Egey dənizində Yunanıstana məxsus Krit adasında leysan yağışları və daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub.

“İnterfax” xəbər verir ki, təbii fəlakət kurort mərkəzi olan adaya maddi ziyan vurub, infrastruktur sistemləri dağılıb.

Ekathimerini.com xəbər verir ki, fevral-mart aylarında da davam edən daşqınlardan böyük zərər çəkən adaya hökumət 92 milyon avroya yaxın məbləğdə yardım ayırmaq barədə qərar verib.

Təbii fəlakət ölkənin başqa bölgələrində də ciddi fəsadlara yol açıb. Belə ki, paytaxt Afinada bəzi küçələrdə leysanın səbəb olduğu daşqınlar üzündən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Leysan yağışları və fırtınanın daha bir neçə gün davam edəcəyi bildirilir.(report.az)

AzNews.az