• Qərb
  • 12 Aprel 2019 09:33
  •  592

Tramp Inla münasibətlərindən danışdı

"Tramp Kim Çen Inla yaxşı münasibətlərinin olduğunu bildirib"

ABŞ prezidenti Donald Tramp cümə axşamı Vaşinqtonda Cənubi Koreya prezidenti Mun Çje İnlə keçirdiyi görüşdə KXRD lideri Kim Çen Inla yaxşı münasibətlərinin olduğunu bildirib və onunla dialoqa hazır olduğunu söyləyib.

“RİA Novosti” bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Prezident Tramp və prezident Mun KXDR-nın tam nüvəsizləşdirilməsi ilə bağlı təftişlərin aparılması, Koreya yarımadasında davamlı sülhün təmin olunması, həmçinin, Hanoy sammitindən sonra KXDR-lə münasibətlərin yaxşılaşdırılmasına nail olmaq üçün birgə hədəfləri müzakirə edib.

Prezident Tramp KXDR sədri Kim Çen Inla yaxşı münasibətlərinin olduğunu və onunla dialoq üçün qapının hələ də açıq olduğunu dilə gətirib”, - deyə məlumatda qeyd olunur.(oxu.az)

AzNews.az