Qərarın heç bir hüquqi və ya maliyyə nəticəsi yoxdur Qərarın heç bir hüquqi və ya maliyyə nəticəsi yoxdur
  • Qərb
  • 12 Aprel 2019 16:15
  •  2 039

Veliko Tırnovo Bolqarıstanın tarixi və mənəvi paytaxtı kimi tanındı

Qərarın heç bir hüquqi və ya maliyyə nəticəsi yoxdur

Bolqarıstanın Veliko-Tırnovo şəhəri parlamentdə keçirilən səsvermə nəticəsində ölkənin tarixi və mənəvi paytaxtı kimi tanınıb.

“QERB” Partiyası tərəfindən verilən təklif bütün partiyalar tərəfindən yekdilliklə qəbul edilib. Parlamentin qərarı Tırnovo Konstitusiyasının 140 illiyi ərəfəsində rəmzi jestdir və qərarın heç bir hüquqi və ya maliyyə nəticəsi yoxdur.

Qeyd edək ki, 1879-cu il fevralın 10-da qəbul edilən Tırnovo Konstitusiyası əsasında yeni bolqar dövlətinin əsası qoyulub. 1908-ci il sentyabrın 22-də isə Tırnovo knyazı Ferdinand Bolqarıstanın müstəqilliyini elan edib.(AZƏRTAC)

AzNews.az