- Qərb
- 15 Aprel 2019 15:40
- 1 627
Qabrovo sakinləri etiraz aksiyası keçirdilər

Aksiya şəhərin bələdiyyə binasının önündə polisin müşayiəti ilə keçirilib
Bolqarıstanın Qabrovo şəhərinin sakinləri etiraz aksiyası keçiriblər.
Etirazçılar milli azlıqların bolqar qanunlarına riayət etmələrini tələb edən şüarlar səsləndiriblər.
Aksiya şəhərin bələdiyyə binasının önündə polisin müşayiəti ilə keçirilib.
Qeyd edək ki, Bolqarıstanda üç qaraçının mağaza satıcısına ağır xəsarət yetirərək hadisə yerindən qaçması kütləvi etiraz aksiyalarına səbəb olub. Cinayətkarlar yaxalanaraq Daxili İşlər Nazirliyinin Veliko-Tırnovo şəhərindəki idarəsinə aparılıblar.(AZƏRTAC)
AzNews.az