İspaniya tütün şirkətlərini 57,7 milyon avro məbləğində cərimə edib İspaniya tütün şirkətlərini 57,7 milyon avro məbləğində cərimə edib
  • Qərb
  • 15 Aprel 2019 17:39
  •  2 372

Tütün şirkətləri 57,7 milyon avro ziyana düşdü

İspaniya tütün şirkətlərini 57,7 milyon avro məbləğində cərimə edib

İspaniya ərazisində işləyən iri tütün şirkətləri məxfi məlumatların qeyri-qanuni mübadiləsinə görə 57,7 milyon avro məbləğində cərimə ediliblər.

Cərimə sanksiyaları tətbiq edilmiş şirkətlər arasında “Philip Morris”, “Altadis” və “JT Internacional Iberia” da var.

Bazarlar və Rəqabət üzrə Milli Komissiyanın məlumatına görə, bu şirkətlər tərəfindən müxtəlif əyalətlərdəki istehlakçılar haqqında, habelə tütün məmulatlarına tələbat barədə məxfi məlumatları mübadilə edilməsi nəticəsində 2008-2017-ci illərdə bazarda haqsız rəqabət yaranıb.(AZƏRTAC)

AzNews.az