“Prezidentimizin ismarıclarını ABŞ Prezidentinə çatdırdıq" “Prezidentimizin ismarıclarını ABŞ Prezidentinə çatdırdıq"
  • Qərb
  • 16 Aprel 2019 09:45
  •  2 316

Tramp Ərdoğanın kürəkəni ilə görüşdü

“Prezidentimizin ismarıclarını ABŞ Prezidentinə çatdırdıq"

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib.

Türkiyənin NTV telekanalı xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət, Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksi də daxil olmaqla ikitərəfli münasibətlərə dair bir sıra mövzular, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması məsələsi müzakirə olunub.

Nazir rəsmi Ankaranın Rusiyadan aldığı “S-400”ə dair müzakirənin müsbət keçdiyini vurğulayıb.

“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan- red.) bəzi ismarıcları var idi, onları ABŞ Prezidentinə çatdırdıq”, - deyə B.Albayrak vurğulayıb.

B.Albayrak yaxın zamanda Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçirilə biləcəyini də bildirib.

Qeyd edək ki, B.Albayrak Beynəlxalq Valyuta Fondu - Dünya Bankı və “Böyük-20”-nin (G-20) toplantılarına qatılmaq üçün ABŞ-da səfərdə olub. D.Trampla görüş bu toplantılar çərçivəsində keçirilib.(report.az)

AzNews.az