Səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşacaq Səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşacaq
  • Qərb
  • 21 Aprel 2019 11:15
  •  2 761

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşacaq

Şimali Makedoniya Respublikasında prezident seçkilərində səsvermə başlayıb.

Yerli vaxtla saat 07:00-da ölkə ərazisində 3480 seçki məntəqəsi fəaliyyətə başlayıb.

Seçkilərdə səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşacaq.

Respublikada səsvermə hüququndan 1,8 milyon vətəndaş istifadə edə biləcək.

Qeyd edək ki, səsvermənin ilkin nəticələri səsvermə bitdikdən sonra yekun nəticələr aprelin 22-si bilinəcək. (Trend)