Ən çox şimşək Aşağı Reyn və Yuxarı Reyn departamentlərində çaxıb. Ən çox şimşək Aşağı Reyn və Yuxarı Reyn departamentlərində çaxıb.
  • Qərb
  • 25 Aprel 2019 13:52
  •  3 809

Elzasda bir gündə 22 mindən çox şimşək çaxdı

Ən çox şimşək Aşağı Reyn və Yuxarı Reyn departamentlərində çaxıb.

Aprelin 24-də Fransanın Böyük Şərq regionunda yerləşən Elzas vilayətində baş verən tufan zamanı 22 mindən çox şimşək qeydə alınıb.

France Bleu radiostansiyası xəbər verir ki, bu barədə regionun meteoroloji xidməti məlumat yayıb. Ən çox şimşək Aşağı Reyn (13,9 min) və Yuxarı Reyn (8,4 min) departamentlərində çaxıb.

Təbiət hadisəsi Bişaym, Erlisaym və İpsaym şəhərlərində bir neçə evin yanmasına səbəb olub. Həmçinin tufan onlarla ağacı aşıraraq nəqliyyatın hərəkətində problemlər yaradıb. Mittelberqhaym şəhərində külək yerli məktəbin damını uçurub.

Təbii fəlakət nəticəsində zərərçəkənlərin olub-olmadığı barədə məlumat verilmir.(AZƏRTAC)

AzNews.az